SMM Kursu

Məlumat

İstifadə qaydaları

smmkursu.com saytında qeydiyyatdan keçməklə və ya kursu almaqla aşağıdakı qaydaları qəbul etmiş olursan.

Hesab şəxsidir

  • Bir hesab yalnız bir nəfər üçündür. Giriş məlumatlarını başqasına vermək olmaz.
  • Hesaba ən çox 2 cihaz bağlana bilər. Yeni cihaz üçün köhnəsini hesabım səhifəsindən silməlisən (hər 7 gündə bir dəfə).
  • Eyni anda yalnız bir cihazda video izlənilir.
  • Hər videonun üstündə hesab sahibinin adı və maskalanmış e-poçtu filigran kimi göstərilir.

Məzmun hüquqları

  • Bütün video və slaydlar müəllif hüququ ilə qorunur və yalnız şəxsi öyrənmə üçündür.
  • Videoları yazmaq, yaymaq, satmaq, açıq platformalara yükləmək qadağandır.

Blok

Hesab paylaşımı, məzmunun yayılması və ya sistemə müdaxilə aşkarlanarsa, hesab xəbərdarlıqsız bloklana bilər və bu halda ödəniş geri qaytarılmır.

Giriş müddəti

Ödənişdən sonra kursa məhdudiyyətsiz giriş açılır. Xidmət dayandırılarsa, bu barədə əvvəlcədən saytda məlumat veriləcək.

Məsuliyyət

Kurs təhsil xarakterlidir və konkret satış və ya gəlir nəticəsinə zəmanət vermir. Nəticə sənin biznesindən, büdcəndən və tətbiqindən asılıdır.